Bakıda körpələr evində YANĞIN - 18 uşaq xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda körpələr evində YANĞIN - 18 uşaq xilas edildi

Bakıda körpələr evində yanğın olub.

Bakıda körpələr evində yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm