Şabranda evləri soyanlar tutuldu
Bizi izləyin

Hadisə

Şabranda evləri soyanlar tutuldu

Faktla bağlı cinayət işi başlanılıb.

Şabran rayonunda üç evdən müxtəlif elektrik avadanlığı oğurlayan şəxslər saxlanılıb.

Publika.az xəbər verir ki, bunlar Siyəzən şəhər sakinləri - 25 yaşlı Toğrul Güləliyev və 27 yaşlı Tehran Gülməmmədovdur.

Onlar Şabran Rayon Polis Şöbəsində verdikləri ilkin ifadə zamanı əməllərini etiraf edib və bu yola maddi imkansızlıq ucbatından düşdüklərini bildiriblər.

Bundan başqa, Ramin Bayramova məxsus "Şabran Telekom" mağazasından dəyəri 200 manat olan HTC Desire 526G Dual SIM markalı mobil telefonu da rayonun Sincanboyad kənd sakini, 37 yaşlı Elşad Bağırovun oğurladığı müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm