Gəncədə avtomobil qəzası - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Gəncədə avtomobil qəzası - Xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin qərb çıxacağında qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir Amil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırtma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm