• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Goranboyda mikroavtobus qəzaya uğradı - Xəsarət alan var

  • Hadisə
  • 15 Aprel 2017 01:00
  • 530 Baxış
Goranboyda mikroavtobus qəzaya uğradı - Xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub.

Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR