Qızının başını kəsən ata həbsdə öldü
Bizi izləyin

Hadisə

Qızının başını kəsən ata həbsdə öldü

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.

Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm