Sabirabadda KREDİT FIRILDAĞI: Müəllim həmkarlarının başına oyun açdı
Bizi izləyin

Hadisə

Sabirabadda KREDİT FIRILDAĞI: Müəllim həmkarlarının başına oyun açdı

20-dən çox həmkarının adına kredit götürüb.

Müəllim həmkarına əl tutdu, başını bəlaya saldı. Adına kredit götürüb ona verdiyinə görə indi bütün maaşı banka ödənir.

Publika.az xəbər verir ki, qəribə hadisə Sabirabad rayon Kovlar kəndində baş verib. Kreditə götürülmüş pulu xərcləyən müəllim borcu ödəmədiyindən həmin şəxs çarəsiz qalıb. Sonradan ona məlum olub ki, borcu ödəməyən müəllim onun kimi 20-dən çox həmkarının adına kredit götürüb.

Sabirabad rayon Kovlar kəndində müəllim işləyən Qulu Məmmədov 2015-ci ildə tanıdığı həmkarı, rayonun Qəzli kənd məktəbinin dərs hissə müdiri Zəka Cabbarova bankların birindən öz adına 3000 manat kredit götürüb verib. Onun dediyinə görə Zəka Cabbarov həmin kreditin bir neçə ayını ödəsə də, sonradan ödənişi dayandırıb və məhkəminin qərarı ilə borc Qulu Məmmədovun aylıq əmək haqqından tutulmağa başlayıb.

Qulu Məmmədov iddia edir ki, həmin şəxs bir neçə nəfərə belə ziyan vurub. Müəllim yoldaşlarını aldadaraq adlarına kredit götürüb. Artıq vəziyyətlə baglı polisə də müraciət ediblər.

3 ildir əmək haqqı ala bilməyən müəllimlər deyir ki, Zəka Cabbarov onlar kimi 20-dən çox müəllimi ehtiyacı oldugunu bildirərək aldadıb. Zəka Cabbarov kredit aldıgını təsdiq etsə də, müəllim yoldaşlarını aldatmadıgını deyir, bildirir ki, sadəcə ödənişlərdə gecikmə olub.

Zəka Cabbarov həmin borcu geri ödəyəcəyini bildirərək dələduz adlandırılmasını dogru hesab etmir.

Başlarına gələn bu hadisədən sonra kredit borcu olan müəllimlər məhkəməyə müraciət edəcək. ("Xəzər TV")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm