Ağcabədidə iki avtomobil toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Ağcabədidə iki avtomobil toqquşdu - Xəsarət alan var

Hadisə rayonun Boyat kəndinə qeydə alınıb.

Ağcabədidə yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Boyat kəndinə qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ”-ın sərnişini, rayonun İmamqulubəyli kənd sakini Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm