Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qəzada ölüb
Bizi izləyin

Hadisə

Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qəzada ölüb

O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb.

Bakının Suraxanı rayonunda dəhşətli qəza ilə bağlı yeni faktlar üzə çıxıb.

Avtomobil qəzası zamanı baş vermiş yanğında vəfat edənlərdən biri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərdən biri olduğu məlum olub. Bu, 1973-cü il təvəllüdlü Gülağa Quliyevdir.

İttihama görə, Gülağa Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü vəzifəsində çalışdığı göstərilib. O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb.

Gülağa Quliyev aprelin 12-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə ifadə verib.

Gülağa Quliyev bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən Gülağa Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını bildirib.

Məlumat üçün bildirək ki, dəhşətli qəza aprelin 14-də saat 8:00 radələrində Suraxanı rayonu ərazisində - Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib.

Nəticədə Gülağa Quliyev və sərnişinlər - paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm