Əli İnsanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı
Bizi izləyin

Hadisə

Əli İnsanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı

Növbəti proses aprelin 26-da davam edəcək.

Sabiq nazirin məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Əli İnsanov bildirib ki, bütün idarələrdə iş planı ilin əvvəlində hazırlanır: “Amma Penitensiar Xidmətdə bu plan iyul ayında tərtib edilib. Bu necə ola bilər?”

Hakim Əli İnsanovun sualına cavabında deyib ki, iyul ayında plan deyil, rüblük hazırlanıb. Sabiq nazirin vəkili Ağaveys Şahverdi isə qeyd edib ki, hakim bu məsələyə münasibət bildi bilməz.

Sabiq nazirin digər vəkili Toğrul Babayev bildirib ki, tapılan dərmanların istifadə müddəti barədə ekspert rəyində qeyd yoxdur.

Hakim deyib ki, istifadə müddəti bitsəydi, bunu qeyd edərdilər.

Bundan sonra vəkil zərərçəkmiş Anar Məmmədovdan prokurorluqda nə zaman ifadə verməsini soruşub.

Anar Məmmədov hadisədən iki gün sonra prokurorluqda ifadə verdiyini qeyd edib. Əli İnsanov isə deyib ki, dərman qabları ekspertizadan keçirilməyib.

Ağaveys Şahverdi bildirib ki, Əli İnsanovun cırdığı deyilən protokol iş materiallarında yoxdur. Hakim həmin protokolun maddi sübut kimi saxlanıldığını deyib.

Ağaveys Şahverdi sübutların əsassız hesab olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının tamamlanması elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti proses aprelin 26-da davam edəcək.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm