• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Bakıda iki nəfər güllələndi - YENİLƏNDİ

  • Hadisə
  • 20 Aprel 2017 10:52
  • 1 588 Baxış
Bakıda iki nəfər güllələndi - YENİLƏNDİ

Bakının Səbail rayonu, Salyan şossesində iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.

Səbail rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, faktla bağlı idarədə Cinayət Məcəlləsinin 221.3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə cinayət işi başlanılıb.

Məlumata görə, hadisəni törədən İbrahim adlı şəxsdir. Hazırda cinayəti törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da gecə saatlarında Bakının Səbail rayonu, Salyan şossesində ov tüfəngindən açılan atəş nəticəsində 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov bud nayihəsindən, 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov isə ayağından yaralanıb.

***

Bakıda silahlı insident olub.

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. (apa)

***

Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR