Bakıda gənc oğlan bıçaqlanaraq ağır yaralandı
Bizi izləyin

Hadisə

Bakıda gənc oğlan bıçaqlanaraq ağır yaralandı

Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Həsən Əli oğlu M.Cəlal Paşayev küçəsi, 96 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm