Baş həkim: Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Baş həkim: Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub - FOTO (YENİLƏNDİ)

Aprelin 19-da axşam saatlarında metronun "Nizami" stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: "Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun "Nizami" stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb.

***

“Bakı Metroploteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, həmin şəxs təhlükəsizlik xəttini keçərək,relslərin üzərinə yıxılıb:

“Kamera görüntülərindən həmin şəxs təxminən 30-35 yaşlarında olduğu görünür. Hadisə sərnişinin diqqətsizliyindən baş verib. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun kimliyi müəyyən edilməyib”.

***

Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.

Bu barədə “Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: “Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.

***

Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, hazırda hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Zərərçəkmişin şəxsiyyəti hələ ki, məlum deyil. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm