Ona görə Aygünün uşağının atası olmağa razılaşdım ki... - AMAY Abdulla
Bizi izləyin

Hadisə

Ona görə Aygünün uşağının atası olmağa razılaşdım ki... - AMAY Abdulla

Məhkəmə prosesi davam edir.

Dələduzluqda təqsirli bilinən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hər iki şəxsin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada baxılır.

Bu cinayət işində “AMAY Abdulla” kimi tanınan biznesmen Abdulla Abdullayevin adı hallanır. Keçmiş AMAY-ın sahibi olan Abdulla Abdullayevin Aygün Akimovanın həyat yoldaşı olduğu da iddia olunur.

Abdulla Abdullayev Aygün Akimovanın cinayət işi üzrə şahid qismində prokurorluğa ifadə verib.

Teleqraf.com Abdulla Abdullayevin istintaqa verdiyi həmin ifadəsini əldə edib. Abdulla Abdullyev ifadəsində bildirib ki, AMAY şirkətinin rəhbəri olarkən, təxminən 2004-cü ildə əvvəllərində tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: “O, Dünyaxanım Əliyevaya pul borcu olduğunu, lakin borcunu qaytarmaq imaknının olmadığını dedi. O, borcunu qaytarmaq üçün məndən pul istədi. Bundan sonra Dilarə adlı qadına kömək etdim. Ona bir neçə dəfə maddi yardım gəstərdim. Məbləği xatırlamıram".

Abdulla Abdullayevin ifadəsinə görə, Dilarə adlı qadın növbəti dəfə onun yanına gəlib və Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqdə olduğunu bildirib: “Dilarə adlı qadın məndən həmin şəxsə təzyiq edərək, qızı ilə evlənməsinə kömək etməyimi istədi. Onun bu təklifinə razılaşmadım”.

Şahidin ifadəsində görə, daha sonra Dilarə ondan xahiş edib ki, qızı Aygünü xaricdəki zavodlarından birində işlə təmin etsin: “Məqsəd bu işin üstünun açılması olub. Mən ona xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadimə kimi işə götürdüm. Ona 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam”.

Abdulla Abdullayev qeyd edib ki, sonra Aygünün qız övladı da dünyaya gəlib: “Həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adımın yazılmasına razılıq vermişəm. Sonradan Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutmuşam. İşçilərimdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına da göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə vedim. Daha sonra onu işdən çıxrdım. Bundan sonra Aygünü görməmişəm və telefonla danışmamışam”.

İş adamı bildirib ki, 2012-ci ildə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqında şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib: “Adımın şəhadətnamədən silinməsi üçün rəsmi olaraq Nərimanov rayon Məhkəməsinə müraciət etdim. Ancaq bu istəyimi yerinə yetirə bilmədim. Bir müddət xaricdə oldum, daha sonra da həbs edildiyim üçün bu işi sona çatdıra bilmədim”.

Abdulla Abdullayev qeyd edib ki, Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olub: “Aygünün törətdiyi cinayətlər barədə məlumatım yoxdur. Nərgiz deyə müraciət olunan Afət Hüseynovanı tanımıram”.

Abdulla Abdullayev əlavə edib ki, Aygün Akimovaya öz obyektlərinin nəzarətini tapşırmayıb. Onun sözlərinə görə, şirkətinə Aygün Akimovanın nəzarət etməsi, ona maşın, ev alması haqda deyilənlər yalandır: “Mən obyektlərimi Aygünə həvalə etməmişəm. Rəhbərlik etdiyim şirkətin idarə heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün bir müddət şirkətdə xadimə olaraq işləyib. Aygünə heç vaxt 90 MD 003 dövlət nömər nişanlı Cadiillas Escalades markalı maşına almamışam. Aygünə sadəcə, şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm. Ona atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər yalandır. Bildiyimə görə Aygün ailəsi ilə Sumqayıtda krayədə yaşayıb”.

Aygün Akimova və İlham Baxışov Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona qarşı dələduzluq edib. İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.

İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natavan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.

Bu cinayət işi üzrə növbəti proses mayın 2-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm