Rusiyada azərbaycanlılar arasında kütləvi BIÇAQLAŞMA: ölən və xəsarət alanlar var - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Rusiyada azərbaycanlılar arasında kütləvi BIÇAQLAŞMA: ölən və xəsarət alanlar var - YENİLƏNDİ

Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Rusiyanın Voronej şəhərində bir azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

“Vstreça” kafesinin inzibatçısı Ramin Mehdiyevin apa-ya verdiyi məlumat görə, hadisə aprelin 20-də səhər saat 4-də kafeyə yaxın yerdə baş verib.

“Axşam kafedə banket olub, 10-15 nəfər iştirak edib. Kafe bağlanandan bir saat sonra bura yaxın ərazidə, yolun kənarındakı dayanacaqda mübahisə düşüb. Daha sonra mübahisə bıçaqlaşma ilə nəticələnib. Xəsarət alanlar xəstəxanaya aparılıb. Onlardan biri - Ağcabədi sakini xəstəxanada ölüb”.

R. Mehdiyev onu da əlavə edib ki, kafe adi qaydada fəaliyyətini davam etdirir.

***

16:30

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Publika.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm