Hadisə
Məhkəmə Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluq edənə bəraət verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət
ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin
cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O,
R. Əhmədova 10 illik həbs cəzası istəyib.
Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və
hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün
çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin
günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə
görünür.
R.Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə
etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində
qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".
Təqsirləndirilən R.Əhmədov son söz deyib. O, çıxışında günahsız
olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları
mənimsəmədiyini deyib.
Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, R.Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə
onun təqsirsiz olduğu qənaətinə gəlib. O, məhkəmə zalından azadlığa
buraxılıb.
Xatırladaq ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun
sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir.
İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində
qızıl-zinət əşyalarını mənimsəyib. (apa)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...