Tovuzda baş verən qətlin TƏFƏRRÜATI - Küt alətlə... (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Tovuzda baş verən qətlin TƏFƏRRÜATI - Küt alətlə... (YENİLƏNDİ)

Tovuz rayonunda qətl hadisəsi törədilib.

Müayinə zamanı "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. Bundan başqa, R. Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bəlli olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.

***

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Report"un məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri travmatoloji xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.

***

Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

Publika.az xəbər verir ki, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı Dövlət Sığorta Agentliyi Tovuz rayon şöbəsinin müdiridir.

Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi, hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm