Gəncədə GÜCLÜ KÜLƏK - Gənc ölümdən döndü - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Gəncədə GÜCLÜ KÜLƏK - Gənc ölümdən döndü - - FOTO/VİDEO

Güclü külək Tovuzda fəsadlar törətdi.

Günorta saatlarından başlayan güclü külək Tovuzda bir sıra fəsadlar törədib. Ağaclar aşıb, elektrik naqilləri sıradan çıxıb, bununla əlaqədər olaraq elektrik enerjisinin təminatı dayandırılıb.

Publika.az xəbər verir ki, kökündən çıxan ağacın yanından keçən yeniyetmə son anda faciədən xilas olub.

Şəhərin mərkəzində aşmaq təhlükəsi olan daha bir neçə ağac var. Güclü külək piyada keçidinə də ziyan vurub. Keçidin dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Bununla yanaşı, bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.

Ümumilikdə, Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri də elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən işıqsız qalıb. Hidrometeoroloqların proqnozlarına görə, küləkli hava şəraiti aprelin 23-dək davam edəcək. (ARB 24)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm