Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşdılar: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - - VİDEO

Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.

"Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatına gəldikdə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.

Onu bıçaqlayan şəxs saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm