Hadisə
Güclü külək şimal rayonlarında fəsadlar törətdi
Ötən gecə baş verən güclü külək şimal rayonlarında bir sıra fəsadlar törədib.
Publika.az xəbər verir ki, təbii fəlakətlə bağlı Quba və Siyəzən rayon icra hakimiyyətlərində xüsusi komissiyalar yaradılıb. Komissiya üzvləri bu gün səhər saatlarında əraziyə baxış keçirib, hazırda əhaliyə dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib ki, Qonaqkənd, Rustov, Nügədi Qazmalar və Cimi kəndlərindəki yaşayış evlərinə ciddi ziyan dəyib. Bundan başqa, Cimi kənd tam orta məktəbinin damı uçub.
Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev deyib ki, rayon mərkəzində yerləşən 5 mərtəbəli binaların damı uçub: "Nəticədə bir neçə avtomobilə də ziyan vurub. Siyəzən Polimer Sənaye Parkının damı da uçaraq qonşuluqdakı yaşayış evinin üzərinə düşüb. Bununla yanaşı, rayonun kəndlərində də ziyan dəyən evlər var. Hazırda dəymiş ziyanı müəyyənləşdiririk. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat vermişik". (Report)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...