Hadisə
Qanunsuz həkimlik və dərman satışı ilə məşğul olanlar saxlanıldı
Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz olaraq muxtar respublika ərazisinə gətirilməsi və satışının təşkilinin qarşısı alınıb.
"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Babək rayonunun Nehrəm kənd sakini Həmzəyev Təhməz Əvəz oğlu Səhiyyə Nazirliyi tərəfindən verilən xüsusi icazə, lisenziya əldə etmədən qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, heç bir tibbi təhsili olmadığı halda qanunsuz olaraq bir qrup şəxslə əvvəlcədən razılığa gələrək dövlət qeydiyyatına alınmamış və normativ-texniki tələblərə cavab verməyən dərman preparatlarının muxtar respublika ərazisindəki əczaxanalarda satışını təşkil edib. Təhməz Həmzəyev sosial şəbəkələrdəki (facebook və instaqram) səhifələrində özünü insanlara həkim kimi təqdim edərək daha geniş ictimaiyyət arasında tanınmağa çalışıb. Təhməz Həmzəyev bu qanunsuz fəaliyyətini bir qrup şəxslə birlikdə həyata keçirib.
Qruplaşma üzvləri dərman məhsullarını satmaq məqsədilə instaqramda “Naxçıvan hekim meslehetleri” və “Tiens group Naxçıvan” səhifələri yaradıblar. Sonra qrupun üzvlərindən olan, özünü “Əsəd həkim” kimi insanlara təqdim edən Əsəd Cəfərov həmin səhifələr vasitəsilə Çinin “Tiens” firmasının dərman məhsullarını reklam etməyə başlayıb. Həmin səhifələr vasitəsilə dərmanların qanunsuz olaraq onlayn satışı ilə yanaşı, insanlara xəstəlikləri ilə bağlı həkim məsləhətləri veriblər.
Saxlanılanlar ayrı-ayrı şəxslərə özlərini kardioloq, androloq, ginekoloq psixoloq kimi tanıdaraq onlara təsəvvürləri olmayan həkimlik sahəsi üzrə müalicə təyin ediblər.
Saxlanılan şəxslərin fəaliyyətində dərman vasitələrinin qanunsuz dövriyyəsi, qanunsuz sahibkarlıq ilə yanaşı, son dövrlər beynəlxalq fırıldaqçılıq şəbəkəsi kimi tanınan Piramida Şəbəkə Marketinq fəaliyyəti də ortaya çıxıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi