Ağdaşda ağır qəza: 7 yaralı
Bizi izləyin

Hadisə

Ağdaşda ağır qəza: 7 yaralı

Hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Beyləqan və Ağdaş sakinlərinə məxsus “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm