• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

Bakıda oğurluq edən universitet müəllimi kameraya düşdü - VİDEO

  • Hadisə
  • 27 Aprel 2017 20:36
  • 1 601 Baxış
Bakıda oğurluq edən universitet müəllimi kameraya düşdü

Paytaxt mağazalarının birində baş verən oğurluq hadisəsi anbaan nəzarət kameraları tərəfindən lentə alınıb.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib.

Görüntülər mağazanın İnstagramdakı “Fidash_luxury_boutique” səhifəsində paylaşılıb.

Videodan aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək əvvəl kənara, sonra isə öz çantasına qoyur.

Araşdırma zamanı məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) kimya-texnologiya fakültəsinin müəllimi Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətdədir.

O qeyd edib ki, adıçəkilən müəllim öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

“Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur” - deyə B.Nəzərov əlavə edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR