Cəlilabadda 11 yaşlı yeniyetməni maşın vurdu
Bizi izləyin

Hadisə

Cəlilabadda 11 yaşlı yeniyetməni maşın vurdu

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm