Gədəbəy sakini evinə gedərkən küçədə döyüldü
Bizi izləyin

Hadisə

Gədəbəy sakini evinə gedərkən küçədə döyüldü

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gecə saatlarında Gədəbəy rayonunda döyülmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Həsənov Elman Rəhman oğlu evinə gedən zaman küçədə bir qrup şəxslə mübahisə edib.

Daha sonra əlbəyaxa dava düşüb və E. Həsənov həmin şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm