Hadisə
Bakıda 3 qadın özünü binadan atmaq istədi - Polis imkan vermədi
Mayın 3-də saat Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birinin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birinin özünü atdığını görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.
Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyənləşib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır.
Faktla əlaqədar cinayət işi başlanılıb.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu