Cəlilabadda qəza: iki avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Cəlilabadda qəza: iki avtomobil toqquşdu

Xəsarət alanlar var.

Cəlilabadda iki avtomobil toqquşub.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində baş verib.

"Qazel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. Bildirilir ki, xəsarət alanlar "Qazel"də olan fəhlələrdir. İlkin ehtimala görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin sürücüsünün sərxoş olmasıdır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm