Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar tapıldı
Bizi izləyin

Hadisə

Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar tapıldı

Nəticə etibarilə 17 413 kv.m (1.74 ha) ərazi tam təmizlənib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, gün ərzində 1 201 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 17 413 kv.m (1.74 ha) ərazi tam təmizlənib, 18 300 kv.m (1.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 35 713 kv.m (3.57 ha) ərazi təmizlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm