Bakıda zəncirvari qəza: sərxoş sürücü qaçdı - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda zəncirvari qəza: sərxoş sürücü qaçdı - - FOTO

Faktla əlaqədar araşdırma aparılır.

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan taksi sürücüsü Səxavət İbrahimova məxsus “Azsamand” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Azsamand” da qarşısında olan "Mercedes"ə dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən yayınan sürücü sərxoş vəziyyətdə olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hazırda polis əməkdaşları qəzanı törədən sürücünü müəyyənləşdirir.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm