Ötən gün 100 cinayət faktı qeydə alınıb
Bizi izləyin

Hadisə

Ötən gün 100 cinayət faktı qeydə alınıb

Onların da 34-ü “isti izlər”lə açılıb.

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm