"Azərsu" işçisi faciəvi şəkildə öldü
Bizi izləyin

Hadisə

"Azərsu" işçisi faciəvi şəkildə öldü

Elektrik dirəyi aşıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.

Xəzər rayonunda "Azərsu" ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu ölüb.

Publıika.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a rayonun polis idarəsindən məlumat veriblər. Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi aşıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.

"Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm