Bakıda 86 yaşlı kişi ölənə qədər döyüldü
Bizi izləyin

Hadisə

Bakıda 86 yaşlı kişi ölənə qədər döyüldü

Faktla bağlı araşdırma aparılır.

Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Əbdürrəhimbəy Haqverdiyev küçəsində 1931-ci il təvəllüdlü Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, N. Qabulxayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm