Tovuzda 9 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Tovuzda 9 yaşlı uşağı maşın vurdu

Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Tovuz rayonunda 9 yaşlı piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Yüsibov Fuad Elnur oğlu oyun oynayarkən yolu keçmək istəyib və bu zaman onu avtomobil vurub. Yaralı yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərilən uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm