Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü avtobusla yola saldı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü avtobusla yola saldı - - FOTOLAR

Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb.

Moderator.az hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nobel prospektində baş verib.

Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə V.Mustafayevin motosiklet karvanı dünən motosikletlə qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm