• USD 1,7000 0,00% EUR 1,9097 -0,35%
    • GBP 2,1310 -1,11% RUB 0,0264 +0,38%

Şəmkirdə iki avtomobil toqquşdu - Xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşdu - Xəsarət alan var

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“VAZ 21099” markalı avtomobilin “VAZ 21011”-ə çırpılması nəticəsində “VAZ 21011”-də olan sərnişin, Kür qəsəbə sakini 1961-ci il təvəllüdlü Kərimova Rahidə Babaş qızı müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, böyrək çatışmazlığından əziyyət çəkən R. Kərimova dializdən gəlirmiş.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR