İmişlidə qəza: 1 ölü
Bizi izləyin

Hadisə

İmişlidə qəza: 1 ölü

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “QAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1969-cu il təvəllüdlü Əlişov Vaqif Əbil oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 23:05-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm