Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi
Bizi izləyin

Hadisə

Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Gülbahar Fazil qızı Məmmədova yaşadığı evdə, hələlik bilinməyən səbəbdən müxtəlif dərman preparatlarını qəbul edərək zəhərlənib.

Yaxınları tərəfindən xəstəxanaya aparılan G.Məmmədovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, o, mədəsi yuyularaq palataya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm