Ağdaşda bədbəxt hadisə: 9 yaşlı uşaq...
Bizi izləyin

Hadisə

Ağdaşda bədbəxt hadisə: 9 yaşlı uşaq...

Hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm