Tanınmış jurnalist ailəsi ilə birgə ağır qəza keçirdi - - FOTOLAR
Bizi izləyin

Hadisə

Tanınmış jurnalist ailəsi ilə birgə ağır qəza keçirdi - - FOTOLAR

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm