İnsult keçirən deputatla bağlı xəstəxanadan AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İnsult keçirən deputatla bağlı xəstəxanadan AÇIQLAMA - (YENİLƏNDİ)

Deputat Hüseynbala Mirələmovun vəziyyəti stabildir.

Bu barədə AzVision.az-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. Bildirilib ki, hazırda deputatın reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

***

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.

Deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.

Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm