Taleh Bağırovun işi geri qaytarıldı
Bizi izləyin

Hadisə

Taleh Bağırovun işi geri qaytarıldı

2015-ci ilin noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı məhkəmə hökmündən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov və digərlərinin vəkili Yalçın İmanov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü çıxandan sonra protokollarla tanış olmayıblar.

Vəkillər qeydlərini protokollara əlavə edilməsini istəyiblər.

Məhkəmə işin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı qərar çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çxıarılmasını istəyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm