Lənkəranda 2 top mərmisi zərərsizləşdirildi
Bizi izləyin

Hadisə

Lənkəranda 2 top mərmisi zərərsizləşdirildi

Lənkəran rayonu, Qurumba kəndində avtomobil yolunun kənarına baxış keçirilib, 2 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 163 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 668 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 3 855 477 kv.m ərazi (657 373 kv.m əl ilə, 1 345 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 740 064 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm