Gəncədə avtobusla maşın toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Gəncədə avtobusla maşın toqquşdu - Xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.

Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib.

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İzusu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm