Hadisə
Göyçayda dostların içki məclisi dava ilə nəticələndi
Göyçay rayonunda baş verən kütləvi dava nəticəsində iki nəfər ağır xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.
Beş-altı nəfərin iştirak etdiyi davada Göyçay sakini 1978-ci il təvəllüdlü Məmmədov Kainat Qadir oğlu və Bakının Mərdəkan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Baxışov Elçin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Küt alətlə döyülən şəxslərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Məlumata görə, xəsarət alan hər iki şəxs Bakıda yaşayır və rayona qonaq gəliblər. Dostların içki məclisi dava ilə başa çatıb. Hadisəni törədən şəxslər qaçıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO