Bərdədə ağır qəza - Ölən var
Bizi izləyin

Hadisə

Bərdədə ağır qəza - Ölən var

“Qazel” markalı yük maşını qarşıda gedən “Shacman” markalı yük maşınına çırpılıb.

Bərdədə iki yük avtomobili toqquşub, ölən var.

Publika.az xəbər verir ki, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını qarşıda gedən “Shacman” markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi “Qazel” markalı maşında sərnişin hadisə yerində həyatını itirib.

Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.

Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm