Şəmkirdə mikroavtobus aşdı - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Şəmkirdə mikroavtobus aşdı - Xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.

Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm