Şəmkirdə müştəri maşın ustasını bıçaqladı
Bizi izləyin

Hadisə

Şəmkirdə müştəri maşın ustasını bıçaqladı

Fakla bağlı araşdırma aparılır.

Axşam saatlarında Şəmkirin Kür qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəsəbədə avtomobil ustası işləyən 1984-cü il təvəllüdlü Kür sakini Mehdiyev Vüqar Firuz oğlu mübahisə zəminində müştəri tərəfindən bıçaqlanıb. Onu vuran kişi ustayla birgə işləyən şəxsə də bıçaqla hücum edib. Lakin ətrafdakıların araya girməsi səbəbindən ona xəsarət yetirə bilməyib.

Döş qəfəsindən bir bıçaq yarası alan V.Mehdiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Fakla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm