Mingəçevirdə bədbəxt hadisə: 5 yaşlı uşaq ağacdan yıxıldı
Bizi izləyin

Hadisə

Mingəçevirdə bədbəxt hadisə: 5 yaşlı uşaq ağacdan yıxıldı

Azyaşlı uşaq əməliyyat olunub.

Mingəçevir şəhərində azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi 2, mənzil 16 ünvanında qeydə alınıb.

2012-ci il təvəllüdlü Salmanov Ayxan Daşdəmir oğlu həyətdəki əncir ağacına çıxıb və 2 metr hündürlükdən yerə yıxılaraq başından ağır xəsarət alıb.

Şəhər mərkəzi xəstəxanasına çatdırılan azyaşlı uşaq dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm