Göygöldə qəza - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Göygöldə qəza - Xəsarət alan var

Araşdırma aparılır.

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZ-3129” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Onun sərnişini, Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu isə ağır xəsarət alıb. S. Allahverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm