Kürdəmirdə bədbəxt hadisə: avtobus sürücünün üstünə aşdı
Bizi izləyin

Hadisə

Kürdəmirdə bədbəxt hadisə: avtobus sürücünün üstünə aşdı

Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb. Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü Vahid Mahir oğlu İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil V. İbrahimovun üstünə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm