Aeroport yolunda qəza: ölən var
Bizi izləyin

Hadisə

Aeroport yolunda qəza: ölən var

Faktla bağlı araşdırma aparılır.

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində 1941-ci il təvəllüdlü Abbasov Ramiz Zərbəli oğlunu minik maşını vurub. Hadisə o, yolu keçmək istəyən zaman baş verib.

Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm